Vikipediya

Dil Dil Pakistan

Dil Dil Pakistan (urdu دل دل پاکستان‎) — Pakistanın musiqi ansamblı Vital Signs tərəfindən 1987-ci ildə yayımlanmış mahnı. Bu mahnı 1989-cu ildə ansamblın debüt albomu olan Vital Signs 1-ə daxil idi.[1][2]

Sinql
Dil Dil Pakistan
İfaçı Vital Signs
Yayımlanıb 14 avqust, 1987
Janr Pop/vətənpərvərlik
Müddət 4:28
Sözlərin müəllifləri Salman Əhməd, Şahzad Həsən, Rohail Hyatt, Junaid Camşed
Prodüser Şoaib Mansor

Mündəricat

  • 1 Qəbulu
  • 2 Musiqi videosu
  • 3 Lirika
  • 4 Kütləvi mədəniyyətdə
  • 5 İstinadlar
  • 6 Xarici keçidlər

QəbuluRedaktə

Dil Dil Pakistan Pakistanın qeyri-rəsmi himni kimi qiymətləndirilir.[2][3]

Musiqi videosuRedaktə

Mahnının musiqi videosu Pakistanın paytaxtı İslamabadda çəkilib. Mahnının çox səhnələrində ansamblın üzvləri velosiped və ya şəhərin ətrafında cip sürür. Səhnələrin birində qrup kiçik bir təpənin yamacında mahnını oxuyur. Sonda isə qrupun bütün üzvləri sadə bir studiyada mahnını oxuyur və az bir müddətdən sonra video bitir.

LirikaRedaktə

Mahnının müəllifinin kimliyi mübahisəlidir. Lakin mahnının ərsəyə gəlməsində əsas rolu Şoaib Mansor oynamışdır.[4] Vital Signsin əsas vokalisti Junaid Camşed qeyd edir ki, qrup və prodüser məhəbbət mahnısı üzərində işləyirdi, ancaq bütün bu səylər uğursuz kimi görünürdü. Nəhayət, Şoaib Mansor məhəbbət mahnısı ideyasından imtina edib və vətənpərvərlik mahnısı üzərində işləməyə qərar verib və nəticədə Dil Dil Pakistan yaranıb.[2][5]

Kütləvi mədəniyyətdəRedaktə

2003-cü ildə BBC World Service-in məşhur mahnıların beynəlxalq sorğusunun nəticələrinə görə Dil Dil Pakistan üçüncü yerdə qərarlaşıb.[3] 1990-cı ildə yaradılmış "Dil Dil Hindustan" mahnısı Dil Dil Pakistandan ilhamlanaraq, köçürülmüşdür.[6] 1 yanvar 2014-cü ildə mahnının dəyişdirilmiş versiyası Şam İdris tərəfindən hazırlanıb və Karter Zaherin iştirakı ilə yayımlanıb.

İstinadlarRedaktə

  1. ↑ "Patriotic partners – The Express Tribune". Tribune.com.pk. İstifadə tarixi: 2012-01-01.
  2. ↑ 1 2 3 Anis, Ema. "Video of the day: Junaid Jamshed can still sing – The Express Tribune". Tribune.com.pk. İstifadə tarixi: 2012-01-01.
  3. ↑ 1 2 "The Worlds Top Ten". BBC World Service. İstifadə tarixi: 2012-01-01.
  4. ↑ Madeeha Syed. "Exclusive: The life and times of Rohail Hyatt". Dawn. July 26, 2009. İstifadə tarixi: January 1, 2012.
  5. ↑ "Dil Dil Pakistan — jazz style | Metropolitan". Dawn.Com. 2011-09-17. İstifadə tarixi: 2012-01-01.
  6. ↑ "'Gabbar is Back' item number rips off Pakistani song". Express Tribune. 17 April 2015. İstifadə tarixi: 24 July 2015.

Xarici keçidlərRedaktə

  • Rəsmi video YouTube
  • Cherishing Independence from afar
  • Urdu dilində MP3 və lirika
Mənbə — "https://az.wikidark.org/w/index.php?title=Dil_Dil_Pakistan&oldid=4963889"
Wikipedia dark mode