Hamının redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Flag of the United Kingdom.svg
Britaniya imperiyasıBirləşmiş Krallıq və onun sələf dövlətləri tərəfindən idarə olunan dominion, koloniya, protektorat, mandat və digər asılı ərazilərdən təşkil olunmuşdu. Onun tarixi XVI əsrin sonu və XVIII əsrin əvvəlləri aralığında İngiltərə tərəfindən qurulan dəniz əraziləri və ticarət postları ilə başladı. Ərazisinə görə dünya tarixinin ən böyük imperiyası idi və yüz ildən artıq müddətdə dünyanın ən böyük qlobal gücü olmuşdu. 1913-cü ilə qədər Britaniya imperiyasının hakimiyyəti altında olan ərazilərdə 412 milyon insan yaşayırdı — bu o dövrdə yer üzərində yaşayan ümumi əhalinin 23.004%-i demək idi.

İmperiya 1925-ci il etibarilə 35,000,000 km2 (13,500,000 kv. mil) sahəsi ilə dünya ümumi quru sahəsinin 24%-ə hökmdarlıq edirdi. Nəticədə, onun konstitusiyon, hüquqi, linqvistik və mədəni irsi geniş şəkildə yayılmışdır. Gücünün ən pik olduğu dövrdə ərazilərindən ən az biri üzərində günəşin olduğu mənasına gələn "üzərində heç vaxt günəş batmayan imperiya" olaraq adlandırılırdı.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Albert Camus, gagnant de prix Nobel, portrait en buste, posé au bureau, faisant face à gauche, cigarette de tabagisme.jpg
Alber Kamüfransız filosof, yazıçı və jurnalist. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, ÇöküşÜsyan daxildir. O, 44 yaşında 1957-ci ildəki Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq, tarixdəki ən gənc ikinci laureat olmuşdu. Onun məşhur əsərlərinə Yad, Taun, Sizif haqqında mif, ÇöküşÜsyan daxildir.

Kamü Əlcəzairdə (O vaxt Fransa müstəmləkəsi idi) fransız ailəsində dünyaya gəlmişdir. O, Fransa vətəndaşı idi. Kamünün uşaqlığı kasıb bir məhəllədə keçmiş və daha sonra Əlcəzair Universitetində fəlsəfə təhsili almışdır. O, İkinci Dünya müharibəsində almanlar Fransanı işğal edəndə Parisdə idi. Kamü qaçmağa çalışsa da, sonda qeyri-qanuni fəaliyyət göstərən Kombatda baş redaktor olaraq xidmət etdiyi Fransa Müqavimət Hərəkatına qoşuldu. Müharibədən sonra o, məşhur fiqura çevrildi və çoxlu mühazirələr deməyə başladı.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Geoff Hurst (2).jpg
İngiltərə milli futbol komandasının het-triklərinin siyahısıİngiltərə milli futbol komandası tarixində bir futbol oyununda üç və ya daha çox qol vuran futbolçuları özündə birləşdirir. Beynəlxalq futbolun başlanğıcı olan 1872-ci ildən bu günümüzə qədər 57 İngiltərə kişi milli komanda futbolçusu het-trik etmişdir. İngiltərə üçün het-trik edən ilk futbolçular Hovard Voqton və Artur Alfred Broundur.

Aston Villa FK klubunun futbolçuları olan bu ikili 1882-ci ildə İrlandiya ilə oynanılan dostluq oyununda üçdən çox qol vurmuşlar. Dörd futbolçu — Voqton, Stiv Blumer, Villi Holl və Malkolm Makdonald bir oyunda beş qol vurma nailiyyəti göstərmişlər.

Dil